Nikol Türkiyə ilə bu müzakirəni aparır

Məndə olan məlumata görə, Nikol Paşinyanın nümayəndələri Ermənistanla Türkiyə arasında sərhədlərin açılması və diplomatik əlaqələrin qurulması müqabilində imzalanacaq sənədlər paketini müzakirə edir.

Sosialxəbər.az xəbər verir ki, bunu Ermənistanın Vatikandakı keçmiş səfiri, sabiq prezident Serj Sərkisyanın kürəkəni Mikayıl Minasyan Teleqram səhifəsində yazıb.

“Paketdə Ermənistanın antitürk siyasəti yürütməmək, “erməni soyqırımı”nın beynəlxalq səviyyədə tanınmasının təşviqindən imtina etmək, diasporu “soyqırımı” tanımağa yönəlmiş hərəkətlərdən tamamilə uzaqlaşdırmaq, ərazi iddialarından əl çəkmək barədə sənədləri imzalamaq, habelə maddi təzminatı rədd etmək öhdəlikləri yer alır. Həmçinin, güzəştlər paketi “erməni məsələsi”ni öyrənmək üçün tarixçilərdən ibarət bir komissiyanın yaradılmasını da əhatə edir”, – Minasyan bildirib.

Avatar

Səbinə Kərimova

Read Previous

Solovyovlar silinəndə, Krım da azad olacaq

Read Next

Nikolun “Mehri dəhlizi” oyunu: məqsəd nədir?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir