Nikolun “Mehri dəhlizi” oyunu: məqsəd nədir?

“Bəyanatda nə “Mehri”, nə də “dəhliz” sözü var” deyən Ermənistanın məğlub baş naziri görəsən başa düşürmü ki, qeyd etdiyi bəyanatda adı keçən 5 km-lik Laçın dəhlizinin sahibi kimdir? Paşinyan xalqının gözündə özünə bəraət qazanmaq üçün bəyanatı təhrif edə bilər, lakin reallıq ondan ibarətdir ki, Azərbaycandan Naxçıvana sərbəst keçid olacaq. Ermənistan istəsə də, istəməsə də!

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli Ermənistanın Baş naziri Nikol Paşinyanın 10 noyabr Bəyanatı haqda açıqlamasını şərh edərkən deyib.

O bildirib ki, Naxçıvanla Azərbaycanın qərb rayonları arasında quru dəhlizi bu ölkənin regiondakı 200 illik süni varlığının üzərindən xətt çəkir:

“Ermənilərin 200 il öncə regiona gətirilməsində, hətta kompakt halda İrəvan və Qarabağa yerləşdirilib, Ermənistan dövləti adı altında birləşdirilməsində tək səbəb türk dünyasını ayırmaq idi. Diqqət etsəniz, coğrafi xəritələrdə də Ermənistan regiona batırılmış bıçağa bənzəyir. Bu mənada bu gün Naxçıvanla Azərbaycanın birləşdirilməsi bu “bıçağ”ın tiyəsinin ortadan sınması deməkdir”.

Politoloq bildirib ki, 44 günlük müharibədə biabırçı məğlubiyyətə uğrayan Paşinyan xalqının qəzəbindən qurtulmaq üçün indi də Bəyanata sığınmağa, hətta bunun guya Ermənistanın xeyrinə olduğunu göstərməyə çalışır:

“Paşinyan qeyd edib ki, regionun bütün iqtisadi və nəqliyyat infrastrukturlarının blokadadan çıxarılması lazımdır. Bu da Ermənistanın Azərbaycan vasitəsilə Rusiyaya və İrana həm yükdaşımaları, həm də Azərbaycanla Naxçıvan arasında Ermənistan ərazisi ilə yükdaşımaları və nəqliyyat əlaqələrinin həyata keçirilməsi deməkdir. Azərbaycan tərəfi müharibə olmadan da buna razı idi. Lakin Ermənistanın avantürist, xəyalpərəst rəhbəri o zamanlar sərxoş halda Cıdır düzündə yallı gedərək bizə acıq verməklə məşğul idi. Nə oldu indi?! Nə dəyişdi?! “Dəmir Yumruq” və onun təsirləri bax budur!

Ermənistan istəsə də, istəməsə də Naxçıvanla quru yolunu açmalıdır. Əks təqdirdə İrəvan 5 km-lik Laçın dəhlizini unutmalı olacaq”.

Avatar

Səbinə Kərimova

Read Previous

Nikol Türkiyə ilə bu müzakirəni aparır

Read Next

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir