
Rusiyanın Krasnoyarsk şəhərində qar uçqunu olub.
Sosialxəbər.az xəbər verir ki, Rusiya Fövqəladə Hallar Nazirliyi bölgəyə 200 axtarış-xilasetmə qrupu və 8 texnikanın cəlb olunduğunu açıqlayıb. Qar uçqununun altında qalanların sayı ilə bağlı rəsmi açıqlama verilməsə də evlərin yerləşdiyi 300 kvadratmetr ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyi bildirilib.
Xizək kurortunda qar uçqunu nəticəsində 5 ev qarın altında qalıb.