
İstedadlı Əlillər İctimai Birliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin sifarişi əsasında Samux rayonunda icra etdiyi “Sağlamlıq İmkanları məhdud uşaqlara səyyar sosial reabilitasiya xidmətinin göstərilməsi” adlı layihəsi yekunlaşmışdı .
Bu barədə Sosialxəbər.az-a İstedadlı Əlillər İctimai Birliyinin mətbuat xidmətindən bildirilib.
Layihə çərçivəsində xüsusi qayğıya ehtiyacı olan 100 nəfər sağlamlıq imkanları məhdud uşağa səyyar formada sosial reabilitasiya xidmətləri göstərilmiş, onların cəmiyyətə adaptasiya olunması sahəsində ailələrin bilik və bacarıqlarını inkişaf etdirmək üçün evlərə səfərlər təşkil edilərək 0-18 yaşlarda sağlamlıq imkanları məhdud uşaqlara sosial-psixoloji reabilitasiya, abilitasiya, ailəyə dəstək və ailənin maarifləndirilməsi üzrə sosial xidmətləri göstərilmişdir.