38 şəhid verən kənddə abidə kompleksi açıldı

Füzuli rayonunun Böyük Bəhmənli kəndində Rayon İcra Hakimiyyətinin və kənd sakinlərinin təşəbbüsü və birgə dəstəyi ilə Birinci Qarabağ müharibəsində və Vətən Müharibəsində iştirak etmiş, Böyük Bəhmənli kəndindən olan 38 şəhidin xatirəsinin əbədiləşdirilməsi məqsədilə inşa edilmiş “Bulaq” abidə kompleksinin açılışı olub.

Sosialxəbər.az  xəbər verir ki, açılışda rayon İcra Hakimiyyətinin başçısı Alı Alıyev, pandemiya şəraitinin tələblərinə uyğun olaraq Böyük Bəhmənli kəndinin ziyalılarından və ağsaqqallardan bir qrup və şəhid ailələri iştirak edib.

“Bulaq” abidə kompleksinin önünə əklil qoyulub və şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Avatar

Səbinə Kərimova

Read Previous

Vilayət Eyvazovdan yeni təyinat

Read Next

Şəhid ailələri üzvlərindən artıq 2700-dən çox şəxsə sosial ödənişlər təyin edilib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir