Nəşnl İnterest: Rusiyanı bunlar qoruyur

Rusiyanın SSRİ-dən az, yəni 3 mindən 6 minə qədər nüvə başlığına sahib olması barədə fikirlər yanlışdır.

Sosialxəbər.az xəbər verir ki, bu sözləri amerikalı jurnalist Mark Episkopos “Nəşnl İnterest” nəşrindəki məqaləsində yazıb.

“Bu, belə deyil: Rusiya dünyada ən çox taktiki döyüş başlıqlarına sahibdir. Çətinlik arsenalın kəmiyyət cəhətdən qiymətləndirilməsindədir. Universal texniki bölgü – “taktiki” və “strateji” döyüş başlığı bölgüsü mövcud deyil”, – deyə yazar bildirib.

Onun sözlərinə görə, taktiki və strateji döyüş başlıqları bir-birindən kəskin fərqlənir:

“Taktiki – əsasən döyüş meydanında istifadə edilir. Strateji isə düşmənin infrastrukturuna qarşı yönəlir. Məsələn, şəhərlər və komanda məntəqələri…”

Episkopos qeyd edib ki, Rusiyanın taktiki döyüş başlıqları NATO üçün ciddi maneədir. Taktiki döyüş başlıqları Rusiyanın sərhədlərini və təhlükəsizlik maraqlarının qorumasında ən effektiv vasitə olacaq.

Avatar

Səbinə Kərimova

Read Previous

Trampa münasibət budursa, bizə necə olacaq? – Puşkov

Read Next

3+3 formatı: Kreml bu ermənilərə deməlidir ki…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir