Polis işə qarışdı: Nikolu Moskvaya aparan yol qapadıldı

Ermənistan polisi Baş nazir Nikol Paşinyanın Moskvaya gedişini təmin etmək üçün İrəvanın Zvartnots hava limanına gedən yolu qapadıb.

Sosialxəbər.az xəbər verir ki, bu məlumatı “Para.tv” yayıb.

Məlumata görə, müxalifət tərəfdarları Paşinyanın gedişinə imkan verməmək üçün hava limanının yaxınlığında etiraz aksiyası keçirir. Etirazçılar polisdən onlara hava limanına yürüş etməyə izn verməsini tələb ediblər.

Bununla belə, sayt Paşinyanın hava limanına getməyi bacardığını bildirib.

Qeyd edək ki, bu gün Rusiya, Azərbaycan və Ermənistan liderləri arasında Moskvada görüş baş tutacaq.

Avatar

Səbinə Kərimova

Read Previous

Pandemiya onlayn ticarətə necə təsir etdi?

Read Next

Xızıda karantini pozan kafe aşkarlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir