Putin görüşdə ilk təklifi verdi

Rusiya lideri Vladimir Putin Prezident İlham Əliyev və Ermənistan baş naziri Paşinyana Qarabağ münaqişəsinin nizamlanması prosesinin əsas istiqamətləri üzrə yeni addımların müzakirə olunmasını təklif edib.

Sosialxəbər.az xəbər verir ki, Putin bunu hazırda davam edən üçtərəfli danışıqlar zamanı deyib.

“Burada sülhməramlıların fəaliyyəti, demarkasiya xətlərin dəqiqləşdirilməsi, humanitar problemlərin həlli, mədəni irs obyektlərinin qorunması məsələləri nəzərdə tutulur”, – o deyib.

Putin bildirib ki, Qarabağla bağlı razılaşmalar ardıcıl olaraq həyata keçirilir, bu, münaqişənin ədalətli prinsiplə həllinə əsas yaradır.

O, həmçinin qeyd edib ki, Rusiya, Azərbaycan və Ermənistanın xüsusi üçtərəfli qrupu Qarabağda ticarət və iqtisadi əlaqələrin blokadadan çıxarılması ilə məşğul olacaq

Avatar

Səbinə Kərimova

Read Previous

Ermənistan səfirliyi mühasirəyə alındı

Read Next

Sərkisyanın “yeni respublika” təklifi: Qarabağ yoxdur!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir