Şəhid ailələri üzvlərindən artıq 2700-dən çox şəxsə sosial ödənişlər təyin edilib

Sosialxəbər.az bildirir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondu tərəfindən Vətən müharibəsi şəhidlərinin ailə üzvlərinə Prezidentin aylıq təqaüdünün, müavinət və pensiyaların təyinatı işləri davam edir.

Fond artıq 1100-dən çox şəhidin 2700-dən çox ailə üzvünə həmin sosial təminat növləri üzrə sosial ödənişlərin təyinatını həyata keçirib.

Hazırda da davam edən proses şəhid ailələrinin üzvlərinin heç bir müraciəti olmadan, elektron qaydada, proaktiv şəkildə aparılır.

Aparılmış təyinatlar barədə şəhid ailələri məlumatlandırılır. Nazirliyin vəzifəli şəxslərinin şəhid ailələri ilə mütəmadi görüşləri də davam edir. Bir çox hallarda bu görüşlər zamanı təqaüd kartları şəhid ailələrinə elə öz ünvanlarında təqdim edilir.

Avatar

Səbinə Kərimova

Read Previous

38 şəhid verən kənddə abidə kompleksi açıldı

Read Next

İlham Əliyev fərman imzaladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir