Əkrəm Bəydəmirli: “Regonda sabitliyin təmin edilməsi baxımından belə görüşlər faydalıdır”

“Azərbaycan Prezidenti İlham Əliyev, Ermənistan Baş naziri Nikol Paşinyan və Rusiya Prezidenti Vladimir Putinin yanvarın 11-də Moskvadakı görüşü yeni reallığın yaratdığı strateji hədəflərə istiqamətlənib”. “Olaylar” xəbər verir ki, bunu deyən  Sosial Rifah və Tədqiqatlar İctimai Birliyinin sədri Əkrəm Bəydəmirlinin sözlərinə görə, geosiyasi  proseslərin davamı olaraq Azərbaycanın milli maraqlarının təmin edilməsi baxımından belə görüşlər çox zəruridir. Postmüharibə dövründə  ortalığa çıxa biləcək təzyiqlərin dəf edilməsi kontektistində nəhəng tranzit layihələrin gerçəkləşməsi ilə bağlı  əldə olunan razılaşmalar effektiv nəticələrə gətirib çıxara bilər: “Başqa bir seçimi olmayan Ermənistan iqtisadi cəhətdən tamamilə məhv olmamaq, dövlət kimi çökməmək üçün yeni reallığa uyğun olaraq bu təklifləri qəbul etməli idi. Bu iqtisadi layihələrdən imtina etməsi, yenə  separatçılığa  meyl göstərməsi ermənilərin daha acınacaqlı durumuna yol açacaqdı. Brifinq zamanı zavallı  N. Paşinyanın  dedikləri təbii ki, Ermənistanın daxili auditoriyasına hesablanmışdı. Onun Azərbaycanın və Rusiyanın diktəsindən kənara çıxmaq şansı yoxdu. Güman edək ki,  nəzərdə tutulan tranzit layihəri Azərbaycanın strateji maraqları çərçivəsində regiona sabitlik gətirəcək. Azərbaycanın sərhəd bütünlüyü təmin ediləcək. İnanmaq istərdik  ki,  bundan sonra Rusiya sülhməramlı  qüvvələri öz məsuliyyətini  dərk edib missiyasını  qüsursuz yerinə yetirəcək. Əks təqdirdə sülhməramlı missiyanın öz mandatından kənara çıxması, separatçılara isti münasibət göstərməsi Rusiyanın regionda nufuzuna ağır zərbə vura bilər. Bu da Rusiyanın maraqlarına uyğun deyil”.

 

Avatar

Səbinə Kərimova

Read Previous

Suqovuşandakı SES-lər təmir edilir – Video

Read Next

Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu üzrə yanvar ayının pensiyalarının ödənişinə başlanıb

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir