ABŞ Ukraynada uğursuzluğunu etiraf etməlidir

Xarici idarəetmə praktikası, Qərb məsləhətçilərinin artan təsiri və Zelenski də daxil olmaqla, Ukrayna dövlət xadimlərinin uzaqgörən siyasətinin olmaması rusiyapərəst Həyat üçün Müxalifət Platforması Partiyasının ölkədə ən populyar siyasi birliyə çevrilməsinə gətirib çıxardı.

Sosialxəbər.az  xəbər verir ki, bu barədə ABŞ-ın “Nəşnl İnterest” jurnalı yazıb.

Məqalə müəllifinin sözlərinə görə, prezidentin siyasi təcrübəsizliyi və Qərbin maraqlarına tabe olması 2004-cü il narıncı inqilabından bəri ölkədə görülməyən qarışıqlıqlara səbəb olub:

“Poroşenkonun dövründə başlayan əhalinin ukraynlaşdırma kursunun davamı Zelenskini hakimiyyətə gətirən ölkənin cənub və şərqindəki rusdilli elektoratı ondan uzaqlaşdırdı. Bu insanlar Zelenskiyə səs verdilər, çünki Poroşenkonun Qərbi Ukraynanın qalisiya dilini, mədəniyyətini və tarixini bütün ölkəyə tətbiq etmək cəhdlərinə son qoyacağına söz vermişdi”.

Müəllif bildirib ki, ABŞ bu regionda siyasətinin uğursuzluğunu etiraf etməlidir:

“Qərb analitikləri Ukrayna əhalisinin əhəmiyyətli bir hissəsinin Rusiya ilə çoxəsrlik tarixi, dini və mədəni əlaqələrini rədd edirlər. Ölkənin qərb və şərq hissələrinin fərqlərini və xüsusiyyətlərini nəzərə almayan siyasət qərəzli hesab ediləcəyi üçün uğurlu olmayacaq”.

Avatar

Səbinə Kərimova

Read Previous

Pakistanın Bakı və Ankaraya qardaş etirazı

Read Next

Bakıda 15 yaşlı yeniyetmə itkin düşdü

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir