İtkin düşən müharibə iştirakçısının meyiti tapıldı

Vətən müharibəsində sürücü kimi iştirak edən Kamal Ceyhun oğlu Süleymanov dekabrın 31-də Abşeron rayonunda yerləşən hərbi hissədən tərxis edildikdən sonra itkin düşüb. K.Süleymanovun yaxınları onun itkin düşməsi ilə bağlı polisə və mediaya bildirsələr də, K.Süleymanovu tapmaq mümkün olmamışdı.

Sosialxəbər.az  Trend-ə istinadən xəbər verir ki, Kamal Süleymanovun yaxınları 25 yaşlı gəncin meyitinin ötən gün tapıldığını bildirib. Vətən müharibəsinin iştirakçısının meyiti digər iki nəfərlə birlikdə Abşeron rayonunda kirayədə yaşadığı evdə aşkarlanıb. Hər üç şəxs dəm qazından boğularaq ölüblər.

Qeyd edək ki, 1995-ci il təvəllüdlü K.Süleymanov müharibənin ilk günündən səfərbərliyə çağırılaraq Füzuli uğrunda döyüşlərdə iştirak edib. O sonuncu dəfə dekabrın 31-də ailə üzvləri ilə danışaraq tərxis olunduğunu və yaxın vaxtlarda evə gələcəyini bildirib.

Avatar

Səbinə Kərimova

Read Previous

Bakıda zavodda partlayış: ölən var

Read Next

Məxfi iclas: 19 oktyabrda müharibə haqda Nikola nə deyilib?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir