Pakistanın Bakı və Ankaraya qardaş etirazı

Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşü gözlənilən idi. Çünki 44 günlük müharibədən sonra üç ölkə arasında müzakirə ediləsi bir çox siyasi-iqtisadi məqamlar var.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a Qlobal və Regional Təhlükəsizlik Problemləri Mərkəzinin rəhbəri, politoloq Qabil Hüseynli yanvarın 13-də Pakistan İslam Respublikasının paytaxtı İslamabadda Türkiyə, Pakistan və Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün keçiriləcəyini şərh edərkən deyib.

O bildirib ki, Pakistan və Türkiyə hazırda Azərbaycanın ən yaxın strateji və iqtisadi müttəfiqləridir:

“44 günlük müharibə zamanı həm Pakistan, həm də Türkiyə Azərbaycana birmənalı olaraq siyasi-diplomatik dəstəyini göstərdi. Hətta Pakistan lideri İmran Xan dəfələrlə zərurət yaranacağı təqdirdə Azərbaycana hərbi yardımın da göstərilə biləcəyini qeyd etdi.

Şübhəsiz, müharibədən sonra üçtərəfli əlaqələrin daha da inkişafı üzrə danışıqlara, görüşlərə ehtiyac var. Bu mənada yanvarın 13-də İslamabadda keçiriləcək xarici işlər nazirlərinin görüşü çox vacibdir”.

Politoloq bildirib ki, Pakistan “bir millət, iki dövlət” şüarından narazıdır:

“ Əslində, bu bir qardaş etirazıdır. Bu gün Azərbaycan və Türkiyə münasibətləri yüksək səviyyədədir. Bu münasibətlər ümummilli lider Heydər Əliyevin əsasını qoyduğu “bir millət, iki dövlət” ideayası çərçivəsində inkişaf edir. Lakin Azərbaycana daha bir əziz ölkə Pakistandır. Bu mənada Pakistanın “bir millət, iki dövlət” ideyasını genişləndirmək istəyi çox təqdirəlayiqdir”.

Q.Hüseynli deyib ki, yanvarın 13-də baş tutacaq görüş regional iqtisadi-siyasi münasibətlər baxımından da önəmlidir:

“Xüsusilə Mərkəzi Asiya türk ölkələrinin neft və qazının Azərbaycan üzərindən Türkiyəyə, Türkiyə vasitəsilə Avropaya nəql edilməsi kimi bir meqalayihə Pakistanın da diqqətini çəkir. Bu layihənin təkcə neft-qaz deyil, digər sektorlar üzrə də inkişaf potensialı var. Pakistan bu istiqamətdə həm Azərbaycan və Türkiyənin təşəbüskarı olduğu bu meqalayihənin bir parçası olaraq Asiya qolunu inkişaf etdirmək, həm də ölkəsinin təbii yanacaq ehtiyacını təmin etmək istəyir. Təsadüfi deyil ki, gələcəkdə Türkiyə-Türkmənistan-Azərbaycan xarici işlər nazirlərinin üçtərəfli görüşünün olması Türkmənistan üzərindən Pakistanın da bu layihəyə qoşulmasına şərait yaradacaq”.

Avatar

Səbinə Kərimova

Read Previous

Sərkisyanın “yeni respublika” təklifi: Qarabağ yoxdur!

Read Next

ABŞ Ukraynada uğursuzluğunu etiraf etməlidir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir