Suqovuşandakı SES-lər təmir edilir – Video

Azərenerji ASC işğaldan azad edilmiş Tərtər rayonunun Suqovuşan kəndində yerləşən, ümumi gücü 7,8 meqavat olan “Suqovuşan-1” və “Suqovuşan-2” Kiçik Su Elektrik Stansiyalarında əsaslı təmir və bərpa işlərinə başlayıb.

Sosialxəbər.az bildirir ki, Bu barədə Axar.az-a qurumdan məlumat verilib.

Xatırladaq ki, erməni qəsbkarları Suqovuşandakı 4,8 və 3 meqavat gücündə olan stansiyaların yararlı ehtiyat hissələrini söküb daşıyıb, apara bilmədiklərini isə dağıdıblar. Eyni zamanda, döyüşlər zamanı stansiyalara ciddi ziyan dəyib. Ona görə də hazırda stansiyaların maşın zalları, aqreqatları, generatorları, o cümlədən idarəetmə mərkəzinin binası, panellər, avadanlıqlar, yarımstansiyasının gərginlik və cərəyan transformatorları təmir edilir və yaxud yenisi ilə əvəzlənir.

Aparılan işlərin yaxın aylarda başa çatdırılması planlaşdırılıb. İşlər bitəndən sonra ilkin olaraq Suqovuşan qəsəbəsi, Talış kəndi də daxil olmaqla yaxın ərazilərə elektrik enerjisi veriləcək, daha sonra isə enerji paylayıcı elektrik şəbəkəsinin yeni çəkilən elektrik xətləri vasitəsilə digər istiqamətlərə də ötürüləcək.

 

Avatar

Səbinə Kərimova

Read Previous

Məxfi iclas: 19 oktyabrda müharibə haqda Nikola nə deyilib?

Read Next

Əkrəm Bəydəmirli: “Regonda sabitliyin təmin edilməsi baxımından belə görüşlər faydalıdır”

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir