Afinadan Qarabağ təxribatı: daha bir yanlış… – Şərh

Yunanıstanın Azərbaycanın icazəsi olmadan Qarabağa humanitar yardım göndərməsi yanlışdır. Xüsusilə də 44 günlük müharibə zamanı rəsmi Afinanın sərgilədiyi mövqeyə baxmayaraq, iki ölkənin münasibətlərinin düzəlməyə üz tutduğu bir zamanda belə bir hadisənin baş verməsi əlaqələrə təsir edə bilər.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a politoloq İlqar Vəlizadə Yunanıstanın Azərbaycanın Qarabağ bölgəsinə, hələlik rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə humanitar yardım göndərməsini şərh edərkən deyib.

Politoloq bildirib ki, Yunanıstan Cənub Qaz Dəhlizi vasitəsilə Azərbaycandan təbii yanacaq nəql edilməsini unutmamalıdır:

“Ümumiyyətlə, Yunanıstan-Azərbaycan arasında bu gün beynəlxalq layihələr fonunda əməkdaşlıq var. Rəsmi Afina mavi qazını Azərbaycandan nəql edir. Digər tərəfdən, iki ölkənin münasibətləri fərqli sahələrdə də inkişaf edir. Düşünürəm, məsələyə diplomatik reaksiya olmalıdır. İki ölkə arasında təmaslar davam etməli, rəsmi Afina bu kimi əməllərdən çəkinməlidir. Məsələ ondadır ki, Yunanıstan humanitar yardım göndərə bilər. Lakin bu, rəsmi Bakının razılığı əsasında olmalı idi. Yardımların göndərildiyi qutulara keçmiş qondarma qurumun “bayrağ”ının vurulması isə ümumiyyətlə yanlış addımdır. 44 günlük müharibədən sonra bütün dünya bir daha anladı ki, Qarabağ Azərbaycandır! Məncə, artıq şərhə ehtiyac yoxdur. Ölkəmizin Afinadakı diplomatik korpusu və səfirliyi ayıq-sayıq olmalı və prosesi bundan sonra da izləməlidir”.

Politoloq qeyd edib ki, Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınmasını tələb etmək doğru deyil:

“Diqqət etsəniz, Yunanıstanla bağlı istənilən neqativ xəbərdən sonra dərhal Şimali Kipr Türk Cümhuriyyətinin müstəqilliyinin tanınması məsələsi gündəmə gəlir. Ümumiyyətlə, bu tendensiyadan əl çəkmək lazımdır. Məsələ ondadır ki, Azərbaycan Şimali Kipr üzərindən rəsmi Afinaya təzyiq etmək siyasəti seçməyib. Azərbaycan dövlətinin xarici siyasəti ilə bağlı konkret prinsip və prioritetləri var.

Şübhəsiz, rəsmi Afinanın Azərbaycanın Qarabağ bölgəsinə, hələlik rus sülhməramlılarının nəzarəti altında olan Xankəndiyə humanitar yardım göndərməsi doğru deyil. Lakin edilən yanlışlığa yanlış qərarla cavab vermək daha böyük yanlışdır”.

Avatar

Səbinə Kərimova

Read Previous

Məmurlarımız bu sözü həmişə yanlış anlayır

Read Next

Yeni türk sualtı qayığı: Xəzər donanması ala bilər…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir