İstanbul-Bakı reysində nasazlıq: Sərnişinlər təxliyə edildi

Yanvarın 14-də saat 7:25-də Türkiyənin İstanbul şəhərindən Bakıya uçmağa hazırlaşan sərnişin təyyarəsi nasazlıq səbəbindən havaya qalxa bilməyib.

Sosialxəbər.az  xəbər verir ki, bu haqda Modern.az-a həmin reysin sərnişinləri məlumat veriblər.

Bildirilib ki, təyyarədə nasazlıq aşkarlandığı barədə sərnişinlərə bilgi veriləndən sonra hava gəmisi boşaldılıb.

Sərnişinlər hazırda İstanbul hava limanında gözləyirlər. Onlara başqa təyyarə ayrılacağı bildirilib.

Qeyd edək ki, sərnişinlərin təxliyə olunduğu təyyarə Türk Hava Yollarına məxsus olub.

Avatar

Səbinə Kərimova

Read Previous

Füzulinin Qərvənd kəndindən görüntülər – Video

Read Next

Azərbaycanda daha bir yüksək vəzifəli şəxs vəfat edib

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir