250 Azərbaycan vətəndaşı ölkəyə təxliyə edilir

Gürcüstandan 250-yə yaxın Azərbaycan vətəndaşının təxliyəsi həyata keçirilir.

Sosialxəbər.az xəbər verir ki, koronavirus testləri neqativ çıxan Azərbaycan vətəndaşlarının bu gün ölkəyə təxliyəsi həyata keçirilir. Hazırda həmin şəxslər Gürcüstan-Azərbaycan sərhədindəki “Qırmızı körpü” sərhəd-keçid məntəqəsi yaxınlığında toplaşıb. Burada onlar rəsmi şəxslərin müşayiəti ilə ölkəyə keçəcəklər.

Azərbaycana keçən şəxslərin bir gün ərzində ünvanlarına çatmaq üçün sərbəst hərəkət etmə imkanı da yaradılır.

Qeyd edək ki, Azərbaycanın Gürcüstandakı səfirliyi Gürcüstandan 2000 nəfərədək Azərbaycan vətəndaşının təxliyəsini həyata keçirib.

Avatar

Səbinə Kərimova

Read Previous

İndoneziyada şiddətli zəlzələ oldu, ölənlər var

Read Next

Avropa ölkəsi Qarabağ üçün 100 milyon ayırdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir