İndoneziyada şiddətli zəlzələ oldu, ölənlər var

İndoneziyanın Sulavesi adasında 6,2 bal gücündə zəlzələ olub.

Sosialxəbər.az xəbər verir ki, zəlzələ nəticəsində ən az 3 nəfər ölüb, 24 nəfər isə yaralanıb.

Məlumata görə, Qərbi Sulavesi vilayətində təxminən 2 min insan evlərini tərk etmək məcburiyyətində qalıb, 60-dan çox bina dağıdılıb.

Yeraltı təkanların bir neçə torpaq sürüşməsinə səbəb olduğu da deyilir.

Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin verdiyi məlumata görə, zəlzələnin episentri Pare-Pare şəhərindən 139 km şimal-qərb məsafədə yerləşib. Zəlzələ yerin 8 kilometr dərinliyində meydana gəlib.

Avatar

Səbinə Kərimova

Read Previous

Bakı bu dronlarla S-300-ləri məhv etdi

Read Next

250 Azərbaycan vətəndaşı ölkəyə təxliyə edilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir