Elçin Ağamalı: “Biz Zəfər Muzey yaratmalıyıq”

“Biz Zəfər Muzey yaratmalıyıq” Sosialxəbər.az xəbər verir ki, bu sözləri Ana Vətən Partiyasının sədr müavini Elçin Ağamalı deyib.

O, qeyd edir ki, Litvanın Drusninkay şəhərinin yaxınlığında SSRİ zamanı bu ölkədə qoyulmuş abidələrədən ibarət park muzey fəaliyyət göstərir. Parkda Leninin , Stalinin, Dzerjinskinin və bir çox SSRİ və Litva rəhbərlərinin, siyasi və hərbi xadimlərin heykəlləri nümayiş olunur.

Parkın salınmasının əsas qayəsi 40 illik sovet hakimiyyəti dövrünün yaddan çıxmamasına, litva xalqının çəkdiyi əziyyətlərin unudulmamasına və əlbəttə ki, qazanc məqsədlərinə xidmət edir. Hər il yüz minlərlə insan parkı ziyarət edir.

Təklif edərdim ki, biz də işğaldan azad olunmuş rayonların birində açıq havada düşməndən qənimət olaraq ələ keçirilmiş işə yaramayan hərbi texnikalardan və digər qənimətlərdən ibarət muzey park yaradaq.

Bəzi iqtisadçı ekspertlərin təklif etdiyi kimi həmin hərbi texnikaların əridilməsi və təkrar emalı ölkədə metallurgiya sahəsinin inkişafına töhfə verərdi fikri ilə razı deyiləm. Bir sahənin ki, inkişafı 1000-2000 ton metaldan asılı olacaq bu problemin başqa həlli yollarını da tapmaq olar.

90-cı illərdə abidələrin sökülməsi ilə əldə olunan yüz tonlarla metal ölkə sənayesinə heç bir töhfə vermədi. Ancaq kreatif litvalılar hər il bu abidələrin nümayişindən kifayət qədər böyük məbləğdə gəlir əldə edirlər.

Fikrimcə belə bir muzey parkın yaradılması aşağıdakı məqsədlərə xidmət edərdi:

1. On illiklər boyu vətənpərvərlik və qürur hisslərinin aşılanmasına;
2. Düşmənə göz dağının verilməsinə;
3. Parkın qurulacağı bölgədə turizmin inkişafına;
4. Ziyarətə gələn yerli və xarici turistlərə xidmət edəcək bir sıra infrastruktur sahələrinin (iaşə, otel və s.) inkişafına;
5. Məşğulluğun təmin olunmasına;
6. Ziyarətdən əldə olunacaq gəliri bütövlükdə Yaşat Fonduna köçürməklə Vətən Müharibəsi qazilərinin həyat şəraitinin yaxşılaşdırılmasına töhfə vermək olar.

Ümidvaram ki, belə bir layihənin həyata keçirilməsi üçün müvafiq dövlət qurumları müsbət addımlar atacaqlar.

Avatar

Səbinə Kərimova

Read Previous

Ticarət obyektləri açılır, amma… – Qərar

Read Next

Avropada korona pasportu tətbiq edilə bilər

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir