Rusiya Türkiyə ilə sərhəddə əlavə hərbçilər göndərdi

Rusiya hərbi polisinin əlavə bölmələri Türkiyə ilə sərhəddə yerləşən Suriyanın Haseke vilayətinə göndərilib.

Sosialxəbər.az  Report-a istinadən xəbər verir ki, hərbi polis müşahidə məntəqələrinin mühafizəsini gücləndirəcək.

Ümumilikdə müşahidə məntəqələrinə 300-ə yaxın əlavə hərbi qulluqçu yerləşdiriləcək.

Qeyd edək ki, Rusiya və Türkiyə hərbçiləri Suriyanın şimal-şərqindəki Haseke əyalətində birgə patrul xidməti həyata keçirirlər. Patrul marşrutlarını Rusiya və Türkiyə tərəfləri birgə tərtib edirlər. Hərbi mütəxəssislərin qarşılıqlı əlaqəsi tərcüməçilərin köməyi ilə həyata keçirilir.

Avatar

Səbinə Kərimova

Read Previous

İlk dəfə: Prezident Şuşanı Ona əmanət etdi!

Read Next

DMX Azərbaycanda yaşayan əcnəbilərə müraciət etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir