Baydenin Çin siyasəti

ABŞ-ın yeni prezidenti Co Baydenin ilk vəzifəsi xarici siyasət sahəsində Çinə yönəlik yeni strategiyanın yaradılması olacaq.

Sosialxəbər.az xəbər verir ki, bu barədə “Vol Strit Jurnal” məlumat yayıb.

“Baydenin müşavirləri Çinə yönəlik siyasi xətt zamanı ABŞ-ın qarşılaşacağı problemləri ayıq başla qiymətləndirirlər. Buna görə də tam yeni strateji yanaşmanın tələb olunduğunu bildirirlər”, – deyə məlumatda vurğulanıb.

Bildirilib ki, hələ Barak Obama dövründə vitse-prezident olmuş Bayden Çin siyasətinin formalaşdırılmasında aktiv iştirak edib.

Qeyd edək ki, Baydenin andçimə mərasimi 20 yanvar tarixində baş tutuacaq.

Avatar

Səbinə Kərimova

Read Previous

Bakıda qar yağacaq, yollar buz bağlayacaq – Xəbərdarlıq

Read Next

Ermənistanla sərhədində ilk

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir