Naxçıvanın unudulmaz qəhrəmanı- müstəqilliyimizin ilk şəhidlərindən biri Məmmədov Məmməd

Yanvar ayının 19-20 tarixində Şərurun Sədərək kəndi erməni qəsibkarları tərəfindən güclü hücuma məruz qalmışdır. Məqsəd bir idi, Naxçıvan Muxtar Respublikasını işğal etmək, amma yerli sakinlər hamı bir nəfər kimi Sədərək cəbhə bölgəsinə köməyə qalxmışdılar. Həmin vaxtlar heç kimin silahı yox idi, insanlar ov tüfəngi, bəziləri isə  əlində  kustar  üsulla düzəldilmiş partlayıcı ilə növbəli sistemlə Naxçıvanın qorunması üçün müdafiə olunurdular.

Bu sözləri Sosialxəbər.az-a Azərbaycan Respublikası “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyinin sədri Rövşən Ağamalıyev deyib. O, 1990-cı il yanvar ayının 19-20 keçən gecəni xatırlayarkən qeyd edir ki, həmin gecə Naxçıvan altı şəhid verib və onlardan biri haqqında qısa məlumat verdi.

Məmməd Məmmədov 1949-ci ildə may ayının 1-də Şərur rayonunun Danzik kəndində anadan olub. 1956-cı ildə həmin kənddə orta məktəbin birinci sinfinə daxil olmuş, 1966-cı ildə bitirmişdir. 1969-1971-ci illərdə hərbi xidmətdə olmuşdur.

Uzun illər Şərur rayon 6 nömrəli mexanikləşdirilmiş səyyar dəstəsində sürücü işləyib.

20 Yanvar faciəsi ərəfəsində düşmənlər Naxçıvan Muxtar Respublikasını işğal planlarını həyata keçirməyə cəhd göstərirdi. 1989-cu il dekabrın 14-də ermənilər tərəfindən güclü atəşə tutulan Sədərək, Günnüt və Havuş kəndləri 1990-cı il yanvarın 19-da səhər saat 11 radələrindən etibarən daha intensiv hücumlara məruz qaldı. O vaxt ermənilər əsas qüvvələrini Sədərək istiqamətinə yönəltmişdilər. Həmin gün Sədərək ilk dəfə top atəşinə tutuldu. Digərləri kimi Məmmədov Məmməd Əli oğlu 6 uşaq atası, özünün ov silahını götürərək könüllü olaraq cəbhə bölgəsinə getdi

Yanvarın 19-u axşam saat təxminən altı radələrində qərargah raketlərlə atəşə tutulur. 25-dən artıq adam yaralanır. Altı nəfər isə həlak oldu. Onların, içində Məmməd Məmmədov da var idi. Qəhrəmanlıq göstərərək şəhid olmuşdu.

Məmməd Məmmədov Şərur rayonunun Yenikənd (indiki Danyeri) qəbiristanlığında dəfn edilib.

İlk şəhiddir ki, o vaxtı Ali Məclisin sədri işləmiş UlU ÖNDƏR Heydər Əliyev tərəfindən yad edilmiş və hər ildə il dönümdə o ailəyə ziyarətə gəlirdi, onuda xüsusi ilə vurğulayım ki, həmin illərdən başlayaraq il dönümlərin də şəhid ailələrinə rəhbərlik tərəfindən ziyarəti davam olunur.

Onuda qeyd etməliyəm ki, Şəhid Məmmədin yaşadığı kəndə ULU ÖNDƏR tərəfindən şəhidin öz adı verilmişdir,
Əfsuslar olsun ki, ULU ÖNDƏR həyatını dəyişəndən sonra, kəndin adı dəyişilərək, heç kimə bəlli olmayan dan yeri kəndi adı verildi. Buna baxmayaraq Naxçıvan əhalisi yenə Şəhid Məmməd kəndi kimi tanıyırlar.

Sonda Rövşən Ağamalıyev öz adından və təşkilatının idarə hetəyi üzvüləri adından şəhidin doğmalarına, başda şəhidin  oğlu Zamın olmaqla bütün ailə üzvlərinə başsağlığı verdi.
Allah rəhmət eləsin ,qəbri nurla dolu olsun.

Biz də sosialxəbər.az saytı olaraq, Azərbaycan Respublikasının müstəqilliyi və ərazi bütövlüyü uğrunda canından keçən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirik.

 

Avatar

Səbinə Kərimova

Read Previous

Türkiyə səfirliyindən 20 Yanvar açıqlaması

Read Next

ABŞ Rusiyaya qarşı bu yoldan istifadə edəcək – Lukyanov

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir