Şabranda karantini pozan kafe sahibi cərimələndi

Şabranda karantin rejimi qaydalarını pozaraq fəaliyyət göstərən kafe aşkar edilib.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyin Mətbuat Xidmətinin Quba regional qrupundan Axar.az-a verilən məlumata görə, Şabran Rayon Polis Şöbəsinin əməkdaşları rayon ərazisində karantin rejiminə əməl etməyərək fəaliyyət göstərən kafe aşkarlayıblar.

Qanunvericiliyə uyğun olaraq obyektin sahibi M.Əsədullayev və orada olan müştərilər saxlanılaraq polis şöbəsinə gətiriliblər.

Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi üzrə protokollar tərtib edilib və onların hər biri 200 manat miqdarında cərimə olunublar.

Avatar

Səbinə Kərimova

Read Previous

Peruda güclü zəlzələ baş verdi

Read Next

Umayra Tağıyevadan qar açıqlaması

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir