Bakıda yol qəzaları ən çox bu küçələrdə baş verir

Bakıda 2020-ci ildə yol-nəqliyyat hadisələrinin daha çox qeydə alındığı küçə və prospektlər açıqlanıb.

Sosialxəbər.az bildirir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov Axar.az-a bildirib ki, qəzalar daha çox paytaxtın Ziya Bünyadov (19 hadisə, 6 ölüm,18 xəsarət), Babək prospekti (10-1-9), Neftçilər prospekti (9-3-16), Fətəli Xan Xoyski (7-1-6), Nobel prospekti (7-6-5), Qara Qarayev (10-2-10), Gəncə prospekti (5-3-3), Lökbatan-Xocəsən yolu (11-8-9), Məhəmməd Hadi küçəsi (14-2-12), R.Rüstəmov küçəsi (7-4-8), Ağa Nemətulla (9-1-8), B.Çobanzabə (4-1-5), Koroğlu Rəhimov (6-1-6), Həsən Əliyev küçəsində (4-0-4) baş verir.

“Nəticədə bu küçələrdə 161 fakt qeydə alınıb ki, 56 nəfər ölüb, 146 nəfər xəsarət alıb”, – o bildirib.

Avatar

Səbinə Kərimova

Read Previous

Rusiyada kömür mədəni partladı

Read Next

Düşməndən alınan ilk posta girən qəhrəmanımız

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir