Çavuşoğlunun Banqladeş səfərinin sirri

Türkiyə müdafiə sənayesinin hədəfləri sırasında Banqladeş də var.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Defence.com nəşrində məlumat dərc olunub.

Nəşr qeyd edir ki, ötən ilin dekabrında XİN başçısı Mövlud Çavuşoğlu Banqladeşə Türkiyə səfirliyinin açılış mərasimində iştirak etmək üçün səfər edib. Səfər zamanı nazirin Banqladeşə Türkiyənin 2030-cu il sənaye hədəfləri daxilində işbirliyi təklif etdiyi iddia olunur. Belə ki, Çavuşoğlunun banqladeşli rəsmilərə hərbi texnikaları əlverişli qiymətə təklif etdiyi bildirilib. Eləcə də satılacaq texnikalardan istifadəyə hər hansı şərt qoyulmayacağı iddia olunub.

Məlumata görə, Banqladeş PUA-lar, hücum helikopterləri, hava hücumundan müdafiə sistemləri, zirehli texnika, artilleriya sistemləri, hərbi gəmilər, elektron döyüş sistemləri, radio rabitə vasitələri ilə maraqlanıb.

Avatar

Səbinə Kərimova

Read Previous

Məktəblər bu tarixdə açılır – Rəsmi

Read Next

Cərimələr silinir, plyonkaya icazə verilir

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir