Daşkəsəndə silahlı şəxslər tutuldu

Daşkəsən Rayon Polis Şöbəsinin əməkdaşları qanunsuz silah saxlayan şəxslərə qarşı əməliyyat keçiriblər.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə şəhərindəki regional qrupundan Axar.az-a verilən məlumata görə,əməliyyat zamanı rayonun Çovdar kənd sakini Nəsib Musayevdən “Escort” markalı, tək lüləli 12 kalibirli, həmkəndlisi və qohumu Əfqan Musayevdən “İJ” markalı tək lüləli, 12 kalibirli və digər həmkəndlisi və qohumundan “İJ” markalı tək lüləli, 16 kalibirli müvafiq sənədləri olmayan tüfəng aşkar edərək götürüb.

Həmin şəxslər barəsində Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 590-cı maddəsi ( Mülki silahın və ya döyüş sursatının saxlanılması, daşınması və ya satılması qaydalarının pozulması) ilə protokol tərtib edilərək Daşkəsən rayon Məhkəməsinə göndərilib.

Avatar

Səbinə Kərimova

Read Previous

Neft həftəni bu qiymətlə yekunlaşdırdı

Read Next

Bu şəxslərə də hərbi xidmətdən möhlət veriləcək

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir