“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım”” İctimi Birliyi nəzdində fəaliyyət göstərən “Koxlear İmplant” qrupunun hesabatı

“Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyi , zəif eşidən , eşitmə cihazı və koxlear implant daşıyıcısı olan uşaq və yeniyetmələrlə də işləyir. Fəaliyyətinin əsas istiqamətlərindən biri bu qrupdan olan uşaqlara dəstək göstərməklə , cəmiyyətə inteqrasiya etmək, onların valideyinlərini maarifləndirməklə dəstək göstərməkdir.

Bu barədə Sosialxəbər.az – a “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimi Birliyinin nəzdində faəliyyət göstərən “Koxlear İmplant” qrupunun kordinatoru Mehriban Hüseynova məlumat verib. Onun sözlərinə görə, 2020-ci il üzrə qrupumuzda koxlear əməliyyatlı uşaqların sayı 224 çatıb. Bunlardan 133 ü MED EL Firması daşıyıcısıdır (Med El Opus 2 – 122 uşaq , Med El Sonnet – 8 uşaq ,Med El Rondo – 3 uşaq )91 nəfər isə Coxlear Firması daşıyıcısıdır. (Nukleus 6-48 uşaq, Nukleus 5 – 9 uşaq, Kanso – 34 uşaq)

“ENMŞSY” İB – nin “Koxlear İmplant” qrupunun 2020ci ildə gördüyü işlər : 2020 ci ildə karantinlə əlaqədar olaraq heçbir tədbir təşkil edilmədi. Lakin bu il ərzində bir çox eşitmə məhdudiyyətli uşaqlara yardım edildi. Qrup özü –özünü maliyyələşdirən daxili valideyin fondu yaratdı. Məhz bu fondun sayəsində bir çox uşağın cihazı təmir edilmiş, sıradan çıxmış hisslərinin alınmasında maddi dəstək olunaraq, təmiri üçün xarici dövlətə göndərmişdir. Eləcə də rayonda yaşayan uşaqlara, 40 yaşa qədər eşitməsini sonradan itirən şəxslərə əməliyyat sırasına daxil olması üçün yaxından köməklik göstərib , İcbari Tibbi Sığorta Agentliyinə qeydiyyata düşməsi üçün müraciətlərin yazılmasına köməklik göstərilmişdir.

Bu siyahıya 46 nəfər daxildir ki, onlardan, 19nəfər 5yaşa qədər rayon qeydiyyatı olan uşaqlar,
12 nəfər Bakı şəhəri qeydiyyatı olan uşaqlardır. 40 yaşa qədər sonradan eşitməsini itirənlər rayon qeydiyyatı olan 9nəfər və 40 yaşa qədər sonradan eşitməsini itirən Bakı şəhəri qeydiyyatı olan 6nəfərdir. Təşkilatımız bundan əlavə, eşitmə məhdudiyyətli uşaqların əməliyyat sonrası üzləşdiyi problemlərin həlli üçün dövlət orqanlarına təşkilat adından müraciətlər etmişdir.

Avatar

Səbinə Kərimova

Read Previous

Qanunsuz ov edən şəxs cəzalandırıldı

Read Next

Fransadan Rusiyaya qarşı tələb: iki ölkə qoşuldu

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir