Gürcü müxalifəti mesaj verdi: İnqilab başlayır

Hakim Gürcü Arzusu Partiyası ilə müxalifət arasında danışıqlar üçün bütün resurslar tükənib.

Sosialxəbər.az  xəbər verir ki, bunu Gürcüstanın Vahid Milli Hərəkat Partiyasının rəsmi nümayəndəsi Xatiya Dekanoidze deyib. Onun sözlərinə görə, Vahid Milli Hərəkat Partiyası parlamentə daxil olmayacaq və bu qərarına sadiq qalacaq.

O, yazda ölkədə siyasi temperaturun qalxacağını bildirib.

Dekanoidze Vahid Milli Hərəkat Partiyasının bütün formalarda dinc inqilaba hazırlaşdığını deyib.

Qeyd edək ki, Gürcüstanda parlament seçkisi oktyabrda baş tutsa da, müxalifət indiyə qədər seçkinin nəticələrini qəbul etmir. Tərəflər arasında ABŞ və AB səfirləri vasitəçilik etsə də, hələlik razılıq əldə etmək mümkün olmayıb.

Sabah, həmçinin Gürcüstan parlamenti 51 müxalif deputatın səlahiyyətlərinin ləğvini müzakirəyə çıxaracaq. Bu siyahıdakı deputatlardan 36-sı Vahid Milli Hərəkat Partiyasının deputatlarıdır.

Avatar

Səbinə Kərimova

Read Previous

İstefa bir mədəniyyətdir-Mətanət Əsgərqızı yazır

Read Next

Türk ekspert: Gəmilərimizi “Aksunqur”lar qorusun!

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir