Gənc veteranları intihardan necə qoruyaq?

Müharibə iştirakçıları post-travmatik stress pozuntusu keçirir. Normalda post-travmatik stress pozuntusu travma baş verəndən 3-6 ay müddətində özünü büruzə verməyə başlayır.

Sosialxəbər.az bildirir ki, Bunu Axar.az-a bəzi müharibə iştirakçılarının intihara meyilli olmasının səbəbləri barədə danışan psixoloq Elnur Rüstəmov deyib. O bildirib ki, müharibə iştirakçıları arasında intihar hallarının olmaması üçün onlara psixoloji yardımlar edilməlidir:

“Bu, təkcə müharibədən deyil, avtomobil qəzasından, yanğın və təbii fəlakətlərdən sonra da insanlarda qeydə alınan psixoloji durumdur. Yəni travmadan sonra yaşanan stress pozuntusudur. Bununla bağlı ötən əsrin 60-cı illərində psixologiyada geniş işlər aparıldı. Post-travmatik stress pozuntusu yaşayan insanların müalicə prosesinə nə qədər müddətin lazım olmasını ilkin dəyərləndirmədən sonra demək olar. Həmin şəxslərin özü də kateqoriyalara bölünür: müharibə iştirakçıları, yaralananlar və s. Burada fərdi seanslardan söhbət getmir. Gərək olarsa, qrup terapiyası və ya təlimlər keçmək lazım olur. Müharibədə iştirak edən şəxslərlə yanaşı onların ailə üzvlərinə də psixoloji dəstək göstərilməsi protokolla vacibdir. Bu, dünya praktikasıdır. Onların cəmiyyətə adaptasiya prosesi aparılmalıdır ki, istər həyatlarında, istərsə də ailə münasibətlərində və digər məsələlərdə problemlər yaranmasın”.

Psixoloq onu da qeyd edib ki, müharibə iştirakçılarına dövlət qurumları və rəsmilərlə yanaşı, vətəndaşların da diqqət göstərməsi vacibdir:

“Müharibə iştirakçılarına tək dövlət rəsmiləri deyil, hər bir vətəndaş diqqət göstərməlidir. Onların cəmiyyətə inteqrasiyası üçün stimullaşdırıcı tədbirlər görülməlidir. Müharibə iştirakçıları özləri də bu prosesdə aktiv iştirak etməlidirlər”.

Avatar

Səbinə Kərimova

Read Previous

Deputatlar şəhid ailələrinə baş çəkirmi? – Açıqlama

Read Next

Fərman İsmayılovun cənazəsi Azərbaycana göndərildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir