Layihənin icrası uğurla davam etdirilir

 

“Regional inkişaf üzrə maarifləndirmə” ictimai birliyi Beynəlxalq Vışeqrad Fondunun maliyyə dəstəyi ilə “COVİD-19 Pandemiyasının təsirinə məruz qalan Xüsusi qayğıya ehtiyacı olan uşaqların, onların valideynlərinin cəmiyyətə inteqrasiya prosesinin davam etdirilməsi “ layihəsinin icrasını uğurla davam etdirir.

Bu barədə Sosialxəbər.az-a layihə rəhbəri Rövşən Novruzov məlumat verib. O, bildirir ki, layihənin əsas məqsədi – COVİD-19 pandemiyası şəraitində Xüsusi qayğıya ehtiyacı olan uşaq və valideynlərin cəmiyyətə sosial adaptasiyasının gücləndirilməsi və Vojta terapiya prinsiplərinin Azərbaycanda tətbiqi
Bu layihə çərçivəsində Gəncə şəhərində Pandemiyanın təsirinə məruz qalan xüsusi qayğıya ehtiyacı olan uşaqların və onların valideynlərinin reabilitasiyası (layihə fəaliyyətinə Kəlbəcər rayonundan olan məcburi köçkün ailələrin uşaqları da cəlb olunacaqdır) təşkil olunacaqdır.
Layihənin icrasının 2 hissədə həyata keçirilməsi planlaşdırılmışdır. Layihənin birinci hissəsində Gəncə şəhərində yerləşən Reabilitasiya Mərkəzinin fəaliyyətinin COVİD-19 Pandemiyadan sonrakı dövrdə bərpa olunması və Pandemiyadan zərər çəkmiş xüsusi qayğıya ehtiyacı olan uşaqlar və onların valideynləri üçün təlim və məşğələlərin (individual qaydada) davam etdirilməsinin təşkil olunması nəzərdə tutulmuşdur. Layihə icrasının ikinci hissəsində isə Çexiyadan olan partnyor təşkilat tərəfindən “Vojta metodu” ilə məşğələlərin aparılması fonunda Gəncə şəhərində mütəxəssislər üçün təlim təşkil olunacaqdır.
Vojta terapiyası uşaqlıqda ilk növbədə təyin olunur: Asimmetrik inkişaf və motor inkişafının geriliyi, mərkəzi pozulmuş koordinasiya, serebral iflic, qolların və ayaqların periferik parezi, müxtəlif əzələ xəstəlikləri, onurğa əyriləri və xəstəlikləri (məsələn, skolioz) və digər ortopedik xəstəliklər, ortopedik müalicədə motor terapiyasını dəstəkləyən əzələ-skelet sisteminin anadangəlmə pozğunluqları, orofasial böyümənin pozğunluqları, skolyoz, tənəffüs problemləri xəstəliklərinin müalicəsində əvəzsiz rol oynayır. Ona görə bu Azərbaycan üçün yeni olan bu V4 ölkəsinin təcrübənin tətbiqi qaçılmazdır.
Vojta prinsiplərinin (təcrübəsinin) Azərbaycanda tətbiq olunması, əlillik problemi olan uşaqların reabilitasiyasında əhəmiyyətli dərəcədə kömək edəcək, eyni zamanda mütəxəssilər əlavə olaraq həm də valideynlər yeni, fizioterapevtlik ixtisası əldə edəcəklər.

Mərkəzin fəaliyyəti – cəlb edilmiş uşaqların cəmiyyətdə davranış vərdişlərində və bacarıqlarında olan inkişafı hiss etdirəcək, qrup və ətrafdakı olan insanlara uyğunlaşmaq prosesini artıracaq, ictimai qaydalara riayət etmək bacarıq və vərdişlərini yaradacaq, emosional iradə sahəsinin və motivasiyon sferanın yetkinləşməsi, nitq təlimi və ünsiyyət qurmaq istiqmətində qurulacaqdır.

 

 

Avatar

Səbinə Kərimova

Read Previous

Nazirlik QHT-lərə müraciət etdi

Read Next

“Hər addım gələcəyə bir ümiddir” -Pasient Təşkilatlarının l Respublika Forumu keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir