Qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib

Azərbaycanda qanunsuz sərnişindaşıma ilə məşğul olan şəxs həbs edilib.

Sosialxəbər.az  Report-a istinadən xəbər verir ki, yanvarın 28-də 90-UD-678 dövlət nişanlı “Mersedes Sprinter” markalı mikroavtobusun sürücüsü nəzərdə tutulan saydan çox sərnişinlə Bakı-Qazax yolu ilə Qazax istiqamətində hərəkətdə olub.

Qaradağ rayonu ərazisində yerləşən polis postunda Baş Dövlət Yol Polisi (DYP) İdarəsi əməkdaşları tərəfindən mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Lakin o, polisin əmrinə tabe olmayıb.

Daha sonra həmin mikroavtobusun sürücüsünə “Nəvai” postu ərazisində DYP əməkdaşları tərəfindən “saxla” əmri verilib. O, yenə də polisin əmrinə tabe olmayaraq, mikroavtobusu onların üzərinə sürərək yoluna davam edib.

Kürdəmir rayonu ərazisində yerləşən polis postunda DYP əməkdaşları tərəfindən də mikroavtobusun sürücüsünə “saxla” əmri verilib. Həmin vaxt o, yenə də polisə tabe olmaq istəməyib və mikroavtobusdan düşərək qaçmağa cəhd edib. Sürücü polisləri təhdid edərək özünə qəsd edəcəyini bildirib. Buna baxmayaraq, DYP əməkdaşları sürücünü saxlayıb və o, Rayon Polis Şöbəsi əməkdaşlarına təhvil verilib.

Araşdırma zamanı məlum olub ki, mikroavtobusun sürücüsü Tərtər rayon sakini, 1997-ci il təvəllüdlü Mətləb Teymur oğlu Kərimlidir.

O da məlum olub ki, onun mikroavtobusu idarə etmək üçün nə D kateqoriyası, nə də etibarnaməsi olub. Mikroavtobus M.Kərimlinin atası Teymur Kərimliyə məxsusdur. Hüququ olmadığı şəxsə avtomobil verdiyinə görə T.Kərimliyə də protokol tərtib edilib.

Kürdəmir Rayon Məhkəməsi polisə tabe olmadığı üçün M.Kərimliyə 7 sutka həbs qərarı çıxarıb.

 

Avatar

Səbinə Kərimova

Read Previous

Eldar Əzizov sürüşmə ərazisinə gəldi

Read Next

Ermənilərin Şuşa təbliğatı: niyə israrla buna çalışırlar?

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir