BMT etiraz etdi

Bəşər Əsəd rejimini təmsil edən 45 nəfərlik heyətə hansı mərhələdə olduğumuzu dürüst və birbaşa dedim. Artıq 45 nəfərlə bu şəkildə davam edə bilməyəcəyimizi söylədim. Bu, mənim üçün xəyal qırıqlığıdır.

Sosialxəbər.az xəbər verir ki, bunu BMT-nin Suriya üzrə xüsusi nümayəndəsi Qeyr Pedersen Cenevrədə Suriya Konstitusiya Komitəsinin iclasında Əsəd nümayəndələrinin təkliflərə qarşı çıxmasına münasibət bildirərkən deyib.

“Müxalifət nümayəndələri Konstitusiyanın ilk fəslindəki 10 əsas prinsipi tamamlayıb təqdim etdilər, ancaq rejim nümayəndələri bunu qəbul etmədi. Etdiyim təklifləri müxalifət nümayəndəsinin rəhbəri Hadi əl-Bəhra qəbul, qarşı tərəfin nümayəndəsi Əhməd Quzbari isə rədd etdi. Bu, belə bir yanaşmanın işə yaramadığını göstərdi. Bunu dəyişdirməsək, danışıqlara davam edə bilmərik”, – Pedersen qeyd edib.

Avatar

Səbinə Kərimova

Read Previous

Eyvazov rəisi vəzifədən azad etdi

Read Next

Nikaha girənlərin 30%-i boşandı: bu, həyəcan siqnalıdır

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir