“Rusiyanın Paşinyanı” gəlsə, sonumuz çatdı – Erməni nəşri

Ermənistan mediasında şər-böhtan, iftira xarakterli məlumatların yayıldığı oxucularımıza sirr deyil.

Sosialxəbər.az  xəbər verir ki, erməni portalı “Zham.am” nəşri Rusiyada baş verən son siyasi proseslərlə bağlı heç bir məntiqə söykənməyən “məqalə” ilə çıxış edib.

Məqalə müəllifi şimal qonşumuzda baş verənləri “analiz” edir, üstəlik bundan da fakt və dəlillərə əsaslanmayan “nəticələr çıxarır”.

“Hansı ssenarinin baş tutmasından asılı olmayaraq, Rusiyada hər hansı böhran, yaxud itaətsizlik Ermənistan üçün fəlakətli nəticəsi olacaq. I Dünya müharibəsi dövründəki kimi Rusiyada mərkəzi hakimiyyət çöksə, o zaman Zaqafqaziyanın qapıları türk ordusu üçün geniş açılacaq”, – deyə bildirilib.

Müəllif oxucularını inandırmağa çalışır ki, Navalnının hakimiyyətə gəlişi ermənilər üçün pisdir. O, Paşinyanla Navalnı arasında eyniləşdirmə aparmağı da unutmur:

“Bu gün biz “erməni Navalnı”nın ( Paşinyan nəzərdə tutulur – red.) bəhrələrini yeyirik. Əgər bu gün “artsax”dan (Qarabağda hər hansı status mövcud deyil – red.) orada nələrsə qalıbsa, Ermənistan mövcuddursa, bu, şübhəsiz ki, Vladimir Putinin əməyinin nəticəsindədir”.

Erməni müəllif Ermənistan sonunun yaxın olduğunu da əlavə edib:

“Əgər həqiqətin mötərizəsini açmaq üçün kifayət qədər cəsarətimiz olmayacaqsa, o zamanda 1915-də “Qərbi Ermənistanda” (belə bir ərazi mövcud olmayıb – red.) olduğu kimi, tariximizin sonunu yaşayacağıq”.

Avatar

Səbinə Kərimova

Read Previous

XTQ-nin Füzuliyə hücum planı – Polkovnik detalları açıqladı

Read Next

Ermənilər təslim olmayıb, hücuma keçir – Korotçenko

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir