Masallı rayonuna yeni polis rəisi təyin edilib

Masallı rayonuna yeni polis rəisi təyin edilib.

Sosialxəbər.az  xəbər verir ki, bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov əmr imzalayıb.

Əmrə əsasən, Neftçala rayon polis şöbəsinin rəisi polkovnik Vüsal Şəbəndəyev tutduğu vəzifədən azad edilərək, Masallı rayon Polis Şöbəsinə rəis təyin edilib.

Xatırladaq ki, Vilayət Eyvazovun ötən gün imzaladığı başqa bir əmrlə Masallı Rayon Polis Şöbəsinin rəisi polkovnik Habil Əmiraslanov Tovuz Rayon Polis Şöbəsinin rəisi təyin edilmişdi.

Avatar

Səbinə Kərimova

Read Previous

Dolların bu günə olan məzənnəsi

Read Next

Parlamentin Hesablayıcı komissiyasına katib seçildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir