Bu dövlət qurumunda kütləvi ixtisarlar başladı

Sosial şəbəkələrdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunda işçilərin kütləvi şəkildə ixtisar edilməsi barədə məlumatlar paylaşılır. Bildirilir ki, dövlət qurumunda son 2 ayda 1200-ə yaxın işçi işdən azad edilib.

Sosialxəbər.az bildirir ki, Məsələ ilə bağlı Axar.az-a açıqlama verən Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqasının sədri Sahib Məmmədov bildirib ki, nazirlikdə ixtisarların olması barədə onun da məlumatı var:

“Nazirlikdə ixtisarların olduğunu eşitsəm də, işdən çıxarılanların sayının 1200 nəfər olması barədə məlumatım yoxdur. Nazirliyin sistemində islahalatlar aparılır və tabeliyindəki bəzi dövlət qurumları publik hüquqi şəxslərə çevrilib. Dövlət Sosial Müdafiə Fondunda hansısa dəyişiliklər baş verir. Lakin bu dəyişikliklər işçilərin ixtisarına səbəb olmamalıdır. Publik hüquqi şəxsə çevrilmək işçilərin ixtisarı demək deyil, sadəcə işçilərin statusu dəyişməlidir. Əvvəl dövlət qulluqçusu idilər, indi isə dövlətin təsisçisi olduğu publik hüquqi şəxsin əməkdaşı sayılırlar. Əmək qanunvericiliyi ilə yanaşsaq, əvvəl onların fəaliyyətini Dövlət Qulluğu haqqında qanun tənzimləyirdi. İndi isə publik hüquqi şəxs olduğu üçün bu məsələlər Əmək Məcəlləsi ilə tənzimlənir. Əmək Məcəlləsində isə müəssisənin hüquqi statusunun dəyişməsinin işçilərin əmək müqaviləsinə xitam verilməsinə səbəb olmaması bildirilir. İşçilərin əmək funksiyaları qalırsa, onlar ixtisar olunmamalıdır”.

Avatar

Səbinə Kərimova

Read Previous

Rusiya ilə müharibə şəraiti onilliklərlə davam edəcək

Read Next

Köçəryan hakimiyyət uğrunda səfərə çıxdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir