Köçəryan hakimiyyət uğrunda səfərə çıxdı

Köçəryanın Moskvaya səfəri onun yenidən Ermənistanda hakimiyyətə gəlmək arzusundan xəbər verir. Məsələ ondadır ki, Köçəryana hazırda Kremlin dəstəyi çox lazımdır. Xüsusilə də səfər zamanı Moskvanın rəyi onun hakimiyyət uğrunda mübarizəyə başlayıb-başlamayacağı sualına aydınlıq gətirəcək.

Sosialxəbər.az bildirir ki, Bu sözləri Axar.az-a açıqlamasında politoloq İlqar Vəlizadə Ermənistanın eks-prezidenti Robert Köçəryanın Moskvaya səfər etməsinin pərdəarxası məqamlarını şərh edərkən deyib.

Onun sözlərinə görə, Kreml üçün Robert Köçəryanın müəyyən dəyəri var:

“Ən azı ona görə ki, Ermənistanın daxili siyasətinə Köçəryanın təsir imkanları var. Eyni zamanda Rusiyadakı erməni diasporu ilə sabiq prezidentin ciddi münasibətləri qalmaqdadır. Bu mənada rəsmi Moskva Köçəryan ilə münasibətlərini kəsmək istəmir. Digər tərəfdən, Köçəryanla Rusiya Prezidenti Vladimir Putin arasında şəxsi dostluq da mövcuddur. Bu nüans da diqqətdən yayınmamalıdır.

Son günlər Ermənistan daxili siyasəti həm gərgin, həm də hərəkətlidir. Xüsusilə müxalif partiya liderlərinin aktivliyi hakimiyyətə kim gələcək suallarının yenidən səslənməsinə səbəb olub. Belə bir vəziyyətdə Köçəryan da özünü yoxlamaq istəyir. Onun hakimiyyəti dövründə istər siyasi şərait, istər dövrün reallıqları tam fərqli idi. Bu mənada görünür Köçəryan nələrsə edə biləcəyini düşünür”.

Avatar

Səbinə Kərimova

Read Previous

Bu dövlət qurumunda kütləvi ixtisarlar başladı

Read Next

Putin ABŞ üçün vacib deyil: hədəf odur

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir