
ABŞ-ın əsas texnologiya şirkətləri və dövlət strukturlarına qarşı kütləvi haker hücumu Rusiya tərəfindən təşkil olundu. Bu, Co Bayden rəhbərliyini yöndəmsiz bir vəziyyətə saldı.
Sosialxəbər.az xəbər verir ki, bu barədə “Nyu York Tayms” (NYS) qəzetində yayılan məqalədə bildirilib.
NYS qeyd edib ki, vaxtilə Sovet İttifaqının özəyi olan Rusiya Vaşinqton üçün çox vacib idi:
“Bütün Avropanı ələ keçirib dünyaya kommunizmi yaymaqla təhdid edirdi. O dövrlər “Soyuq müharibə” adlandırıldı və bu artıq çoxdan bitib. Bu gün ABŞ-ın ən əhəmiyyətli rəqibi Çindir. Putin Rusiyası Amerika üçün qətiyyən vacib deyil.
Rusiya bir vaxtlar dünyaya Tolstoy, Çaykovski, Dostoyevski, Saxarov və Soljenitsın kimi şəxsiyyətlər bəxş etdi, ancaq bu gün dünyaya zəhərlənmiş qorxaqlar verməklə yadda qalır”.