Ərdoğan azərbaycanlı alimə vəzifə verdi

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu ölkədə yaşayıb fəaliyyət göstərən azərbaycanlı alim Aygün Attara yüksək vəzifə verib.

Sosialxəbər.az eport-a istinadən xəbər verir ki, dövlət başçısının müvafiq qərarı “Resmi Gazete”də dərc olunub.

Qərara əsasən, professor A.Attar Türkiyə Prezidenti Administrasiyasının Təhlükəsizlik və Xarici Siyasət Komitəsinin üzvü təyin edilib.

Qeyd edək ki, Aygün Attar 1962-ci ildə Qubadlı rayonunda anadan olub. O, 1986-cı ildə Bakı Dövlət Universitetini bitirib, 1993-cü ildə Rusiya Elmlər Akademiyasının Tarix şöbəsində doktorluq müdafiə edib.

A.Attar 1990-cı illərin ortalarından Türkiyədə yaşayır və Türkiyə vətəndaşıdır. 2012-2016-cı illərdə Türkiyənin Girəsun Universitetinin rektoru olub. Azərbaycan tarixi və mədəniyyətinin təbliği istiqamətində fəaliyyət göstərən professor ermənilərin Azərbaycan və Anadolu türklərinə qarşı törətdiyi soyqırımlara həsr olunmuş bir çox məqalənin müəllifidir.

Avatar

Səbinə Kərimova

Read Previous

Vaksinlər bu xəstəliklərdən də qoruyacaq – TƏBİB

Read Next

Mənim Dünyam Mərkəzi hər kəsin Dünyası olmaq üçün fəaliyyətə başladı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir