Mənim Dünyam Mərkəzi hər kəsin Dünyası olmaq üçün fəaliyyətə başladı

Bu ildən Cəmilə Çingizqızının rəhbərlik etdiyi “Eşitmə və Nitq Məhdudiyyətli Şəxslərə Sosial Yardım” İctimai Birliyinin nəzdində “Mənim Dünyam” mərkəzi fəaliyyətə başlayıb.

Bu barədə Sosialxəbər.az-a  Mərkəzin mətbuat xidmətinin rəhbəri Orxan Əliyev məlumat verib.Onun sözlərinə görə, mərkəz bir qrup fəal gəncin təşəbbüsü ilə yaradılıb.

Bu mərkəzin əsas məqsədi sosial problemlərin həllinə yardım, sosial məsələlərlə bağlı həsas qruplara dəstək, könüllü komandasının yaradılması ilə sosial işin təşkilini daha da genişləndirməkdir.

Cəmilə xanım da yeni yadılan mərkəz haqqında fikirlərini bildirib: “Bu mərkəzin yaradılması təklifi bir qrup gənc tərəfindən gəldi. Gənclərə dəstək olmaq bizim İB məqsədlərindəndir. İctimai Birlik olaraq bir qrup fəal gənclərlə görüş keçirdik, məqsədlərini öyrəndik və bu mərkəzin yaradılmasını düşündük.

Məqsədləri sosial işin genişlənməsi, xeyriyyəçilik, könüllülük fəaliyyəti istiqamətindədir. Mərkəzə rəhbər olaraq səs çoxluğu ilə uzun illər könüllü fəaliyyət göstərən, hər zaman yardım və xeyriyyə işləri görən bir çox departament, qurum, federasiyalarda könüllərin kordinatoru olan İbrahim Məmmədov seçildi. O, Günel Hüseynova ilə bərəbər möhtəşəm gənclərdən ibarət komanda formalaşdırmağı bacarıb.

Biz bir İctimai Birlik olaraq onlara fəaliyyətlərində uğurlar arzu edirik. İnanırıq ki, “Mənim Dünyam” mərkəzinin fəaliyyəti cəmiyyət üçün yararlı olacaq ”

 

Avatar

Səbinə Kərimova

Read Previous

Ərdoğan azərbaycanlı alimə vəzifə verdi

Read Next

Əlilliyi Olan Şəxslərin Nəzərinə :

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir