Üç ölkənin səfirləri buna görə Rusiyadan qovuldu

İsveç, Polşa və Almaniya diplomatlarının Rusiyadan qovulması barədə qərar ölkənin qanunlarının açıq şəkildə pozulması ilə əlaqədardır.

Sosialxəbər.az xəbər verir ki, bu açıqlama ilə Rusiya Dövlət Dumasının Beynəlxalq məsələlər komitəsinin sədri Leonid Slutski çıxış edib.

“Moskvada qanunsuz aksiyalarda iştirak edən xarici diplomatların qovulması beynəlxalq hüququn və Rusiya qanunvericiliyinin açıq və nümayişkaranə şəkildə pozulmasına cavab olaraq zəruri bir tədbirdir”, – Slutski vurğulayıb.

Qeyd edək ki, ötən gün 3 ölkənin diplomatı Rusiya XİN-ə çağrılaraq, arzuolunmaz şəxslər elan ediliblər. Onların qısa müddətdə Rusiyadan çıxarılacağı gözlənilir.

Avatar

Səbinə Kərimova

Read Previous

20 milyona yaxın insan xərçəngə yoluxub – ÜST

Read Next

Neftin sürətlə bahalaşmasının səbəbi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir