
Sosialxəbər.az xəbər verir ki, “Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” İctimai Birliyin üzvü, iş adamı Həsənova Nisə xanıma ağır itki üz verib. Onun dayısı oğlu çavuş Xasıyev Elməddin Qoçu oğlu 44 günlük Vətən Müharibəsində şəhid olub. Bununla əlaqədar olaraq Nisə xanıma təşkilatımız adından dərin hüzünlə başsağlığı verir və doğmalarına səbr diləyirik.
Qeyd ; MAHHXHQ çavuşu Xasayev Elməddin Qoçu oğlu 12 fevral 1980-ci ildə Beyləqan rayonu Mil qəsəbəsində anadan olub. Ali təhsilini başa vurduqdan sonra 26 dekbar 2014-cü ildən hərbi hissədə sanitar həkim kimi işləməyə başlayıb. Beyləqan, Gəncə və Füzuli rayonunlarında N saylı hərbi hissələrin də həkim kimi fəaliyyət göstərir. 27 sentyabr 2020-ci il tarixində Füzuli rayonu N saylı hərbi hissədən ön cəhbəyə yollanır. Noyabr ayının əvvəllərində itkin düşməsi xəbəri ailəsinə verilib.O, Fizuli rayonu Qaraxanbəyli kəndi uğrunda gedən döyüşlərdə şəhid olur və 31 dekabr 2020-ci il tarixində nəşi neytral zonadan tapılaraq ailəsinə təhvil verilib. Allah şəhidmizə rəhmət eləsin!