
Avropa İttifaqı xarici və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borrell Rusiyanın Avropa İttifaqından daha çox uzaqlaşdığını bildirib.
Sosialxəbər.az xəbər verir ki, o, bu barədə şəxsi bloqunda yazıb.
“Sergey Lavrovla görüşdüm və deyə bilərəm ki, Rusiya hökumətinin səfər zamanı göndərdiyi mesajlar Avropa və Rusiyanın bir-birindən uzaqlaşdığını təsdiqləyir”, – o bildirib.
Borrellin fikrincə, Rusiya demokratik dəyərləri ekzistensial təhlükə kimi qəbul etməklə tədricən Avropadan uzaqlaşır.
Qeyd edək ki, Borrell bundan öncə Rusiyaya yeni sanksiya tətbiq ediləcəyini istisna etməyib.