Rusiya Kəlbəcərə tikinti materialları göndərdi – Video

Rusiya sülhməramlıları Azərbaycanın işğaldan azad olunmuş əraziləri arasında humanitar yüklərin tranzitini təmin etməyə davam edir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, sosial obyekt və yaşayış evlərinin enerji və su təminatı sistemlərini bərpa etmək üçün Humanitar Yardım Mərkəzinin KamAZ markalı 20 hərbi avtomobili və onları müşayiət edən 5 avtomobildən ibarət ikinci kolonu Kəlbəcər rayonuna 150 tondan çox tikinti materialı çatdırıb. Kolonun marşrutu Suqovuşan və Vəng yaşayış məntəqələrindən keçib.

Yardımın çatdırılması Azərbaycan, Rusiya və Ermənistan arasında noyabrın 10-da imzalanmış üçtərəfli bəyanata əsasən gerçəkləşdirilib.

 

Avatar

Səbinə Kərimova

Read Previous

Gorus-Qafan yolunda Azərbaycan bayrağı – Video

Read Next

Yaponların səbri daşır: Putin hər şeyi məhv etdi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir