Sabirabadda silahlı şəxs saxlanıldı

Sabirabad sakinində odlu silah aşkarlanıb.

Sosialxəbər.az bildirir ki, Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətinin Bərdə regional qrupundan Axar.az-a verilən məlumata görə, Sabirabad Rayon Polis Şöbəsinin (RPŞ) əməkdaşları tərəfindən keçirilən uğurlu əməliyyat tədbirləri nəticəsində qanunsuz olaraq odlu silah gəzdirməkdə şübhəli bilinən şəxs saxlanılıb.

Belə ki, qanunsuz olaraq silah gəzdirməkdə şübhəli bilinən rayon sakini, əvvəllər məhkum edilmiş Məhəmməd Vahidov Qaratuğay kəndin ərazisində saxlanılaraq Polis Şöbəsinə gətirilib.

M.Vahidovdan üzərində gəzdirdiyi müvafiq qeydiyyatı olmayan 1 ədəd tüfəng aşkar edilərək götürülüb.

Faktla bağlı Sabirabad RPŞ-də araşdırma aparılır.

Avatar

Səbinə Kərimova

Read Previous

Diqqət: Bu yolda dəhşətli tıxac var

Read Next

Gizli nişan edənlər cərimələndi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir