AB-də daha böyük parçalanma: Rusiya istədiyini alacaq

Borrellin Rusiya səfəri plana uyğun getmədi. Almaniya, Fransa və Avstriya da Şimal Axını-2 qaz kəmərinə dəstək verməklə, AB və Transatlantik münasibətlərdə parçalanmanı daha da sürətləndirə bilər.

Sosialxəbər.az xəbər verir ki, bunu estoniyalı milət vəkili Riqo Terras bildirib.

“Borrell öz iradəsi ilə istefa verməsə, Avropa Komissiyası rəhbəri tədbir görməlidir”, – Terras qeyd edib.

Borrellin AB-nin nüfuzuna böyük ziyan vurduğunu iddia edən deputat onun qeyri-adi hərəkətlərə yol verdiyini, xüsusilə Avropanın şərq ölkələri ilə davranışında narahatlıq yarandığını vurğulayıb.

“Ruslar Borrellin səfərindən AB daxilində qarşıdurma yaratmaq üçün istifadə etdilər. Bəzi şərq və şimal ölkələri Borrellə Moskvaya getməməyi tövsiyə etdi. Ancaq Berlin, Paris, Madrid və Roma onu dəstəkləyəcək. Rusiya istədiyini əldə edəcək – Avropa Birliyində daha böyük bir parçalanma…” – Terras söyləyib.

Avatar

Səbinə Kərimova

Read Previous

Bu, liviyalılar üçün tarixi hadisədir – Səid

Read Next

Yunan professordan şok: Almaniya Türkiyə ilə birgə…

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir