Yaponların səbri daşır: Putin hər şeyi məhv etdi

Rusiya Prezidenti Vladimir Putinin siyasi kursu Kuril adaları ilə bağlı danışıqlara güclü zərbə endirir.

Sosialxəbər.az xəbər verir ki, bu barədə “Yahoo Nyus Japan”da dərc olunan məqalədə deyilir.

Bildirilib ki, adalarda Rusiyanın hərbi təsirini gücləndirməsi də danışıqlara zərbə vuran əsas amillərdən biridir:

“Ötən ilin oktyabrında Kurildə T-72B tankı, İturupda isə zenit-raket kompleksi yerləşdirilib. Rus siyasətçilərinin sərt mövqeyi qarşılığında yapon hakimiyyətinin güzəşti ona gətirib çıxardı ki, artıq Tokionun bu məsələ ilə bağlı Moskvaya hər hansı “güzəşti” qalmadı”.

Qeyd edək ki, bundan öncə Yaponiya Baş naziri Yoxiside Suqa Kuril adaları ilə bağlı anlaşılmazlıqların hələ də həll edilməməsinə görə təəssüfləndiyini bildirmişdi.

Avatar

Səbinə Kərimova

Read Previous

Rusiya Kəlbəcərə tikinti materialları göndərdi – Video

Read Next

Bu, liviyalılar üçün tarixi hadisədir – Səid

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir