Türk ordusu ən çətin savaşa başladı: Döyüş gedir – Foto

Terrorçuların özlərini ən güvəndə hiss etdikləri yerdə, Qara Qəndilin son qapısı – İraqın Qara bölgəsində helikopterlərlə sızaraq əməliyyat aparırıq. Belə bir bölgədə əməliyyat icra etmək dünyanın ən çətin işidir.

Sosialxəbər.az xəbər verir ki, bunu türkiyəli təhlükəsizlik üzrə ekspert Mete Yarar deyib.

Yarar vurğulayıb ki, terrorçular türk əsgərini sərhəddən gözlədiyi anda TSQ terrorçuların olduğu bölgənin cənubundan peyda olaraq əməliyyatı uğurla icra edir:

“Maraqlısı budur ki, hərbçilərimiz şimaldan deyil, cənubdan hücum edərək, terrorçuları təəccübləndirir. Qara bölgəsinə ATAK helikopterləri 40 km dərinliyə girərək, hərəkatı icra edə bilir. Bu, helikopterin özünü nə dərəcə qoruduğunu görmək baxımından çox vacibdir. Eyni zamanda, döyüş meydanına nəzarət üçün çox önəmlidir”.

“Xəritədə nə qədər böyük bir ərazinin təmizləndiyini görə bilərik. Əməliyyat İraq sərhədində səssizcə yerinə yetirilir, onqat çətin əməliyyatdır. Xəritədə sarı rəngdə gördüyünüz yerlər PKK-nın əvvəl düşərgə saldığı bölgələrdir. Qəhvəyi rənglə işarlənmiş yerlərdə isə Türkiyə Silahlı Qüvvələri cəmləşib. Qara bölgəsi Türkiyə ilə ərazi baxımından əlaqəsi olmayan bir sahədir. Bu günə qədər aparılmış əməliyyatlar içərisində bildiyim qədər ilə sərhədlə əlaqəsi olmayan ən dərin əməliyyatdır”, – M.Yarar vurğulayıb.

Qeyd edək ki, ötən gün İraqın şimalında yerləşən Qara bölgəsində TSQ “Pəncə-Qartal 2 Hərəkatı”na başlayıb.

Avatar

Səbinə Kərimova

Read Previous

Bayden Türkiyəni yaxşı tanıyır, əməkdaşlıq edəcək – Qalın

Read Next

ASAN Xidmətdə nöqsanlar aşkarlandı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir