Yeni dövlət qurulmasına əsla icazə verməyəcəyik

Türkiyənin cənubunda dövlət qurulmasına əsla icazə verməyəcəyik.

Sosialxəbər.az xəbər verir ki, bunu Türkiyə Prezident Administrasiyasının İctimaiyyətlə Əlaqələr İdarəsinin rəhbəri Fəxrəddin Altun bildirib.

“Bölgəmizdə sabitliyi bərpa etmək, İraqın şimalından ölkəmizə hər cür terror təhdidlərini aradan qaldırmaq, sərhədlərimizin təhlükəsizliyini təmin etmək və terrorizmi mənbəyindəcə qurutmaq üçün “Pəncə-Qartal 2 Hərəkatı” başladılıb.

İllərdir İraqın şimalında xaosla qidalanan terror təşkilatı Suriya böhranı ilə daha geniş coğrafiyaya yayılma fürsəti əldə etdi. Ölkəmizin və millətimizin təhlükəsizliyi üçün İraqda vaxt itirmədən hərəkətə keçildi”, – Altun vurğulayıb.

Qeyd edək ki, ötən gün İraqın şimalında yerləşən Qara bölgəsində TSQ “Pəncə-Qartal 2 Hərəkatı”na başlayıb.

Avatar

Səbinə Kərimova

Read Previous

“Vətənə Qayıdış” – Qazilərlə görüş – VİDEO

Read Next

Bayden Türkiyəni yaxşı tanıyır, əməkdaşlıq edəcək – Qalın

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir