Ukrayna bu ərazilərə texnika yığır

Cəbhədə aktivliyin artması səbəbindən 2020-ci ilin iyulundan bəri Donbasda davam edən atəşkəs başa çata bilər.

Sosialxəbər.az  xəbər verir ki, bunu Donetsk separatçılarının keçmiş başçısı İqor Qirkin deyib.

Qirkinin sözlərinə görə, Ukraynanın nəzarət etdiyi ərazilərdə mövqelərin möhkəmləndirilməsi açıq-aydın görünür:

“Hərbi qulluqçularla dolu maşınlar Opıtnıy, Butovka, Promzona istiqamətinə doğru gedir. Dəmir yolunda maskalanmış özüyeriyən artilleriya qurğuları və digər artilleriya vasitələri aşkar olunub. Platformalarda tank və PDM-lər də var”, – Qirkin bildirib.

Onun sözlərinə görə, Qorlovka şəhəri istiqamətinə Ukrayna hərbi texnikası yeridilir. Separatçı hesab edir ki, bütün bunlar böyük hərbi əməliyyatlara hazırlığı göstərir.

Avatar

Səbinə Kərimova

Read Previous

ASAN Xidmətdə nöqsanlar aşkarlandı

Read Next

Ərdoğan olmasaydı, terror dəhlizi yaradılacaqdı

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir