Torpaqlarımız azad olunmayınca qayıtmayacağam

Qədimov Azər Boris oğlu 1974- cü ildə Bakı şəhərində anadan olub.
Bakının Balaxanı kəndindən olan Azər 18 yaşında – 1992 ci il avqust ayında hərbi xidmətə çağrılır. Hərbi komissarlığa müraciət edən Azər Türkiyəyə təlim keçməyə göndərilir. Orada 3 ay hərb elminin sirlərinə yiyələndikdən sonra vətənin müdafiəsinə yollanır.

 

Neçə – neçə ağır döyüşlərdə düşmənin çoxlu əsgərini məhv edir. Laçın dəhlizinin, Kəlbəcər, Füzuli rayonlarının müdafiəsində saysız şücaət göstərir. 1993 cü ildə Laçının Ərduşlu , Güləbrid və başqa kəndlərində 6 ay döyüşür.
Murovdağda şaxtaya düşən Azərin ayaqları donur. Bir ay müalicə olunduqdan sonra cəbhəyə yollanır. Füzulinin Böyük Bəhmənli, Kərimbəyli, Şükürbəyli kəndlərinin azad edilməsində xüsusi fərqlənənlərdən olur.

1994 cü il 19 yanvarda Horadizin müdafiəsində alnından qəlpə yarası alır. Saatlı xəstəxanasında müalicə olunduqdan sonra üçüncü dəfə yenidən cəbhə bölgəsinə yollanır. 20 yaşını cəbhədə yaralandığı Əbdürrəhmanlı kəndində əsgər yoldaşları ilə qeyd edir. 1994 cü il 19 avqustda şəhid olur.

2 nömrəli Fəxri Xiyabanda dəfn olunur.
Hal- hazırda Yeni Günəşlidə yerləşən 201 nömrəli baxça Qedimov Azərin adını daşıyır.
Allah sənə rəhmət eləsin Azər! Qanın yerdə qalmadı.Torpaqlarımız azad olundu. Necə demişdin ,, Torpaqlarımız azad olunmayınca qayitmayacağam “.

Sənin simanda allah bütün şəhidlərimizə rəhmət eləsin. Şəhid anaları, bacılarının qarşısında baş əyirik.

Siz analar fexr etməlisiniz ki, Azər kimi mərd, cəsarətli, vətənpərvər oğullar dünyaya gətirmisiniz.

Bizim də borcumuzdur ki, Azərbaycanın azadlığı, ərazi bütövlüyü uğrunda şəhid olmuş insanları unutmayaq, tanıyaq və tanıtdıraq. Unutqanlığa son qoyaq!

Müəllif : Xeyrigül Aydın qızı Nəsibullayeva

Avatar

Səbinə Kərimova

Read Previous

Atası azərbaycanlı olan erməni nazirin Azərbaycandakı restoranı – Video

Read Next

“Şəhid Ailələrinə Yardım və Hüquqlarının Müdafiəsi” ictimai birliyi idarə heyətinin iclası keçirildi

Leave a Reply

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir